Dünyanın 3 klubu ötən mövsüm 500 milyon avrodan çox qazanıb

Dünyanın 3 klubu ötən mövsüm 500 milyon avrodan çox qazanıb Siyahıya "Real Madrid" başçılıq edir
Futbol
21 Yanvar , 2016 11:07
Dünyanın 3 klubu ötən mövsüm 500 milyon avrodan çox qazanıb

Bakı. 21 yanvar. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubu ardıcıl 11-ci dəfə dünyanın ən gəlirli klubları reytinqinə başçılıq edib. "Report"un məlumatına görə, bu barədə "Deloitte" auditor şirkətinin hesabatında bildirilir. 

2014-2015 mövsümündə "kral klubu" 577 milyon avro qazanıb ki, bu da ötən mövsümlə müqayisədə 27,5 milyon avro çoxdur. Reytinqcə ikinci olan "Barselona"nın gəliri 560,8 milyon avro olub. Üçlüyü isə 519,5 milyon avro göstərici ilə İngiltərə "Mançester Yunayted"i qapayıb. 

Qeyd edək ki, şirkətin hesabatında 3 klubun ilk dəfə 500 milyon avrodan çox qazandığı vurğulanıb. Hesablama zamanı turnirlərdə iştirak qarşılığında mükafatlar, sponsor və reklam müqavilələri, bilet, atributlar, habelə, teleyayım hüququnun satışından gəlirlər də hesablanıb.

Son xəbərlər

Orphus sistemi