Dünya və Avropa çempionları Azərbaycan yığması ilə görüşüb

Dünya və Avropa çempionları Azərbaycan yığması ilə görüşüb Arif Əsədov, Vladislav Qədirov və Tərlan Əhmədov təcrübələrini yeniyetmə futbolçularla bölüşüblər
Futbol
27 Aprel , 2016 16:08
Dünya və Avropa çempionları Azərbaycan yığması ilə görüşüb

Bakı. 27 aprel. REPORT.AZ/ Müxtəlif illərdə keçmiş SSRİ-nin gənclərdən ibarət yığma komandalarının heyətində dünya və Avropa çempionu olmuş Arif Əsədov, Vladislav Qədirov və Tərlan Əhmədov 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası ilə görüşüblər. 

"Report"un məlumatına görə, görüş AFFA Futbol Mərkəzində yerləşən Milli Komandaların Məşq Mərkəzində baş tutub. 

Komandanın hazırlıq prosesi ilə tanış olan qonaqlar sonda öz təcrübələrini futbolçularla bölüşüb, müvafiq tövsiyələrini veriblər.

Son xəbərlər

Orphus sistemi