Dünya çempionu zorakılıq ittihamlarına görə komandanın məşqindən uzaqlaşdırılıb

Dünya çempionu zorakılıq ittihamlarına görə komandanın məşqindən uzaqlaşdırılıb Fransanın Marsel klubunun futbolçusu Adil Rami komandanın məşqindən uzaqlaşdırılıb.
Futbol
1 İyul , 2019 18:52
Dünya çempionu zorakılıq ittihamlarına görə komandanın məşqindən uzaqlaşdırılıb

Fransanın "Marsel" klubunun futbolçusu Adil Rami komandanın məşqindən uzaqlaşdırılıb. 

"Report" RMC-yə istinadən xəbər verir ki, buna səbəb 34 yaşlı müdafiəçinin köhnə sevgilisi aktrisa Pamela Andersonun oyunçunu zorakılıqda ittiham etməsidir.

Fransa təmsilçisi artıq Rami ilə bağlı daxili istintaqa başlayıb. Oyunçu bununla bağlı iyun ayının ortalarında məlumatlandırılıb. Müdafiəçi ilə müqavilənin ləğv olunacağı ehtimal edilir. 

Adil Rami klubun ona qarşı davranışına görə məyus olub. O hesab edir ki, "Marsel" ona verilən məvacibdən xilas olmaq istədiyi üçün bu addımı atıb. Klub futbolçunun təqsirini sübut edəcəyi təqdirdə, ona təzminat ödəməyəcək. 

Qeyd edək ki, Adil Rami 2017-ci ildən "Marsel"də çıxış edir. O, 2018-ci ildə Fransa yığmasının heyətində dünya çempionu olub.

Son xəbərlər

Orphus sistemi