Yuxarı

Dünya çempionatının startına bir gün qalmış İspaniya yığmasının baş məşqçisi qovulub

Dünya çempionatının startına bir gün qalmış İspaniya yığmasının baş məşqçisi qovulub
Dinlə

122

Bu barədə İspaniya Kral Futbol Federasiyasının prezidenti Luis Rubiales açıqlama verib

Bakı. 13 iyun. REPORT.AZ/ İspaniya milli komandasının baş məşqçisi Xulen Lopetegi dünya çempionatının startına bir gün qalmış tutduğu postdan qovulub. 

"Report"un məlumatına görə, bu barədə İspaniya Kral Futbol Federasiyasının prezidenti Luis Rubiales açıqlama verib. Rubiales belə bir qərarı verməyə məcbur olduqlarını bildirib: "Lopetegiyə uğurlar arzulayırıq. İspaniya yığması nəyə nail olsa, onun işinin əməyi olacaq".

2010-cu ilin dünya çempionu DÇ-2018-də ilk görüşünü iyunun 15-də Portuqaliyaya qarşı keçirəcək. Lopetegi yığmaya 2016-cı ildən rəhbərlik edirdi. 

Qeyd edək ki, iyunun 12-də "Real Madrid" klubu yeni baş məşqçisinin Xulen Lopetegi olacağını açıqlayıb. 52 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi