Dünya çempionatının seçmə oyunu terror aktına görə təxirə salınıb

Dünya çempionatının seçmə oyunu terror aktına görə təxirə salınıb Pakistan - Yəmən matçının vaxtı bilinmir
Futbol
17 Mart , 2015 10:44
Dünya çempionatının seçmə oyunu terror aktına görə təxirə salınıb

Bakı. 17 mart. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatının Asiya zonası üzrə Pakistan və Yəmən yığmaları arasında keçirilməli olan seçmə matçı təxirə salınıb. "Report"un məlumatına görə, buna terror aktı səbəb olub.

Hadisə Pakistanın Lahor şəhərində baş verib. Nəticədə 14 nəfər ölüb, 70 nəfər yaralanıb. Təhlükəsizlik tədbiri kimi oyun neytral meydanda keçiriləcək. Matçın vaxtı hələ müəyyənləşməyib. 

Son xəbərlər

Orphus sistemi