Yuxarı

DÇ-2018-in seçmə mərhələsində VI turun ilk oyun günündə sensasiya baş verib - VİDEO

DÇ-2018-in seçmə mərhələsində VI turun ilk oyun günündə sensasiya baş verib - VİDEO
Andorra 66 oyunluq qələbəsizlik seriyasına son qoyub

Bakı. 10 iyun. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Avropa zonası üzrə VI tura start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə 3 qrupda 9 görüş keçirilib.

A qrupunda ilk 2 yerin sahibləri üz-üzə gəlib. İsveç Fransaya qalib gələrək, liderlə xallarını bərabərləşdirib.

Cari seçmə tsikldə Dik Advokatın rəhbərliyi altında ilk rəsmi oyununa çıxan Hollandiya millisi autsayder Lüksemburqu darmadağın edibsə, Belarus Bolqarıstanı məğlub etməyi bacarıb. Meydan sahiblərinin ilk qolunu penaltidən "Qəbələ"nin sabiq futbolçusu Mixail Sivakov vurub.

B qrupunun iddialı komandaları səfərdə zəiflərə qarşı oynayıblar. İtkisiz irəliləyən İsveçrə Farer adalarını, son Avropa çempionu Portuqaliya Latviyanı yenməyi bacarıbsa, Macarıstan gözlənilmədən Andorraya uduzub. Beləliklə, Andorra 13 ildən sonra ilk rəsmi oyunda qələbə qazanıb. Sonuncu dəfə bu komanda 2004-cü ilin oktyabrında evdə Makedoniyaya qalib gəlib - 1:0. Həmin oyundan sonra "cırtdanlar" 66 görüşdən 3 heç-heçə, 63 məğlubiyyətlə ayrılıb. 

H qrupunda yer alan Bosniya və Herseqovina ilə Yunanıstanın arasındakı görüşdə hesab açılmayıb. Bu, günün heç-heçə ilə nəticələnən yeganə oyunu olub. Ən yaxın izləyicilərinin xal itkisindən yararlanan Belçika səfərdə Estoniyaya qalib gələrək, 2-ci pillə ilə fərqi 4 xala çatdırıb. Xalı olmayan Cəbəllütariq isə Kiprə də yenilərək, yenə xalsız qalıb.

2018-ci il dünya çempionatının seçmə mərhələsi

Avropa zonası

9 iyun

VI tur

A qrupu

22:45. Belarus – Bolqarıstan - 2:1

Qollar: Mixail Sivakov, 33-penalti ilə. Pavel Savitski, 80 - Georgi Kostadinov, 90+1

22:45. Hollandiya – Lüksemburq - 5:0

Qollar: Aryen Robben, 21. Uesli Sneyder, 34. Corcinyo Veynaldum, 62. Kvinsi Promes, 70. Vinsent Yanssen, 84-penalti ilə

22:45. İsveç - Fransa - 2:1

Qollar: Cimmi Durmaz, 43. Ola Toyvonen, 90+3 - Olivye Jiru, 37

Xal durumu: İsveç - 13, Fransa - 13, Hollandiya - 10, Bolqarıstan - 9, Belarus - 5, Lüksemburq - 1.

B qrupu

22:45. Andorra – Macarıstan - 1:0

Qol: Mark Rebes, 26

22:45. Latviya – Portuqaliya - 0:3

Qollar: Kriştianu Ronaldu, 41; 63. Andre Silva, 67

22:45. Farer adaları – İsveçrə - 0:2

Qollar: Qranit Caka, 36. Cerdan Şakiri, 59

Xal durumu: İsveçrə - 18, Portuqaliya - 15, Macarıstan - 7, Farer adaları - 5, Andorra - 4, Latviya - 3.

H qrupu

22:45. Bosniya və Herseqovina – Yunanıstan - 0:0

22:45. Estoniya – Belçika - 0:2

Qollar: Dres Martens, 31. Naser Şadli, 86

Qırmızı vərəqə: Artyom Dmitriyev, 44 (Estoniya)

22:45. Cəbəllütariq - Kipr - 1:2

Qollar: Entoni Ernandes, 30 - Roy Çipolina, 10-öz qapısına. Pieros Sotiryu, 87

Xal durumu: Belçika - 16, Yunanıstan - 12, Bosniya və Herseqovina - 11, Kipr - 7, Estoniya - 4, Cəbəllütariq - 0.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi