Yuxarı
    Bağlamaq

    Dünya çempionatının seçmə mərhələsində daha 9 oyun keçiriləcək

    A, B və H qruplarında yer alan komandalar mübarizə aparacaq

    Bakı. 7 oktyabr. REPORT.AZ/ 2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsinin II turunun oyunları davam edir.

    "Report"un məlumatına görə, ikinci oyun günündə A, B və H qruplarında yer alan yığma komandalar mübarizə aparacaq.

    A qrupunda Fransa qrup lideri Bolqarıstanı qonaq edəcək. Qonaqlar bu görüşü 3 xalla başa vuracağı təqdirdə birincilik mövqeyini qoruyacaq. Sonuncu pillədə olan Luksemburq isə İsveçlə münasibətlərinə aydınlıq gətirəcək. Qrupun digər oyununda isə Hollandiya və Belarus yığmaları üz-üzə gələcək.

    Sonuncu Avropa çempionu Portuqaliya yığması Andorranı qəbul edəcək. Aktivində xal olmayan komandalar B qrupunun sonuncu pillələrini bölüşür. Qrupun hazırkı lideri İsveçrə səfərdə Macarıstanla qarşılaşacaq. Qələbə isveçrəliləri birinci pillədə möhkəmləndirəcək. Latviya isə Farer adalarını məğlub etməyə çalışacaq.

    H qrupunda da azarkeşlər maraqlı görüşün şahidi olacaq. Yunanıstan Kipri, Belçika Bosniya və Herseqovinanı, Estoniya isə Cəbəllütariqi qonaq edəcək.

    Dünya çempionatı, seçmə qrup mərhələsi, II tur

    A qrupu

    22:45. Fransa - Bolqarıstan

    Sen-Deni. "Stad-de-Frans" stadionu

    22:45. Luksemburq - İsveç

    Luksemburq. "Jozi Bartel" stadionu

    22:45. Hollandiya - Belarus

    Rotterdam. "De Keyp" stadionu

    Xal durumu: Bolqarıstan - 3. Hollandiya - 1. İsveç - 1. Fransa - 1. Belarus - 1. Luksemburq - 0.

    B qrupu

    22:45. Portuqaliya - Andorra

    Aveyru. "Munitsipal de Aveyru" stadionu

    22:45. Mavarıstan - İsveçrə

    Budapeşt. "Qroupama Arena"

    22:45. Latviya - Farer adaları

    Riqa. "Skonto" stadionu

    Xal durumu: İsveçrə - 3. Latviya - 3. Farer adaları - 1. Macarıstan - 1. Andorra - 0. Portuqaliya - 0.

    H qrupu

    22:45. Belçika - Bosniya və Herseqovina

    Brüssel. "Rua Boduen" stadionu

    22:45. Yunanıstan - Kipr

    Pirey. "Georgios Karaiskakis" stadionu

    22:45. Estoniya - Cəbəllütariq

    Tallin. "Le Kok Arena"

    Xal durumu: Bosniya və Herseqovina - 3. Yunanıstan - 3. Belçika - 3. Cəbəllütariq - 0. Kipr - 0. Estoniya - 0.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi