Dünya çempionatının final matçında qalmaqal baş verib - VİDEO

Dünya çempionatının final matçında qalmaqal baş verib - VİDEO Bakı. 15 iyul. REPORT.AZ/ Fransa və Xorvatiya yığmaları arasında keçirilmiş futbol üzrə dünya çempionatının final matçı Rusiyanın feminist Pussy Riot pank-rok qrupu üzvlərinin meydana daxil olmaları üzündən dayandırılıb.
Futbol
15 İyul , 2018 23:42
Dünya çempionatının final matçında qalmaqal baş verib - VİDEO

Bakı. 15 iyul. REPORT.AZ/ Fransa və Xorvatiya yığmaları arasında keçirilmiş futbol üzrə dünya çempionatının final matçı Rusiyanın feminist "Pussy Riot" pank-rok qrupu üzvlərinin meydana daxil olmaları üzündən dayandırılıb.

"Report"un məlumatına görə, "Lujniki" stadionundakı qarşılaşmanın 50-ci dəqiqəsində onlar hasarı aşaraq, stüardların yanından meydana giriblər. Qrup üzvlərini yalnız meydanın mərkəzində ələ keçirmək mümkün olub. Qayda pozucularından biri qız olub. Aksiya "Milisioner oyuna girir" adlanıb.

Qeyd edək ki, final matçı Fransanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi