Dünya çempionatının biletlərinin dizaynı təqdim olunub

Dünya çempionatının biletlərinin dizaynı təqdim olunub Bakı. 6 aprel. REPORT.AZ/ FIFA Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatının biletlərinin dizaynını təqdim edib.
Futbol
6 Aprel , 2018 16:55
Dünya çempionatının biletlərinin dizaynı təqdim olunub

Bakı. 6 aprel. REPORT.AZ/ FIFA Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatının biletlərinin dizaynını təqdim edib.

"Report"un FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, hər bir biletdə oyunla bağlı əsas informasiya yerləşdirilib. Bunlar komandaların, stadionun adları, oyunun vaxtı və saatı, həmçinin azarkeşlərin stadiona buraxılışının başlanma vaxtıdır. Bildirilir ki, tamaşaçılar açılış və final matçlarına başlanmamışdan 4 saat, qalan oyunlara isə 3 saat qalmış stadiona buraxılacaqlar.

Hər bir biletdə onun kateqoriyası, tribunadakı yerin olduğu sektorun sxemi yer alacaq. Biletin arxa tərəfində stadiona gətirilməsi qadağan olunmuş əşyaların siyahısı və biletlərdən istifadə şərtlərinin ixtisar olunmuş variantı çap olunacaq.

Biletlərdə əsas müdafiə elementləri - ştrixkod və holoqram, sahibinin tam adı əksini tapacaq. Stadiona girərkən pasport da tələb olunacaq.

Biletlərin satışının ikinci dövrü aprelin 3-də yekunlaşıb. Ümumilikdə, 1,7 milyonadək bilet satılıb. Birinci və ikinci satış mərhələlərində alınan biletlər sahiblərinə aprel-may aylarında çatdırılacaq. Sonuncu satış mərhələsində canlı növbə ilə alınan biletləri isə aprelin 18-dən açılacaq FİFA-nın əsas bilet mərkəzlərindən əldə etmək mümkün olacaq.

Qeyd edək ki, dünya çempionatı 14 iyun - 15 iyulda keçiriləcək.   

Son xəbərlər

Orphus sistemi