Yuxarı

Dünya çempionatının bağlanış mərasimi keçirilib - FOTO - VİDEO

Dünya çempionatının bağlanış mərasimi keçirilib - FOTO - VİDEO

Bakı. 15 iyul. REPORT.AZ/ Rusiyada Fransa və Xorvatiya yığmaları arasındakı futbol üzrə dünya çempionatının final matçından əvvəl Bağlanış mərasimi keçirilib.

"Report"un məlumatına görə, Moskvadakı "Lujniki" stadionunda 84745 tamaşaçı önündə Uill Smit, Niki Cem və Era İstrefi çıxış edib. Onlar mundialın rəsmi mahnısı olan "Live İt Up" mahnısını səsləndiriblər. Bundan başqa azarkeşləri DJ Smash, Aida Qarifullina, Zabivaka adlı canavar və əfsanəvi braziliyalı futbolçu Ronaldinyo əyləndirib.

Dünya Kubokunu stadiona top-model Natalya Vodyanova və Almaniya yığmasının keçmiş kapitanı Filip Lam gətirib.

Daha sonra argentinalı baş hakim Nestor Pitana final matçının başlamasını bildirən start fitini səsləndirib.

Qeyd edək ki, hazırda hesabda Fransa millisi öndədir - 2:1. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi