Yuxarı

Dünya çempionatında 45 yaşlı qapıçı iştirak edəcək

Dünya çempionatında 45 yaşlı qapıçı iştirak edəcək

Bakı. 16 aprel. REPORT.AZ/ Futbol üzrə Misir milli komandasının qapıçısı Əhməd Əl-Şenavi Rusiyadakı dünya çempionatında iştirak edə bilməyəcək.

"Report"un məlumatına görə, 27 yaşlı oyunçu dizindəki zədə ilə bağlı mundialdan kənarda qalacaq. Əl-Şenavi müayinə və müalicə üçün Almaniyaya gedəcək. Onun əvəzinə 45 yaşlı əlcək sahibi Essam Əl-Hadari dünya çempionatında forma geyinəcək. Bu, baş versə, Əl-Hadari dünya çempionatları tarixində ən yaşlı futbolçu olacaq. Hazırda bu ünvan DÇ-2014-ə 42 yaşında ikən Kolumbiya yığmasının heyətində qatılmış Türkiyə "Qalatasaray"ının sabiq qapıçısı Fərid Mondraqona məxsusdur. 

Qeyd edək ki, dünya çempionatı 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi