Dünya çempionatına təyinat almış futbol hakimi həbs olunub

Dünya çempionatına təyinat almış futbol hakimi həbs olunub O, həmçinin ömürlük diskvalifikasiya edilib
Futbol
14 May , 2018 21:48
Dünya çempionatına təyinat almış futbol hakimi həbs olunub

Bakı. 14 may. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Futbol Federasiyası 2018-ci il dünya çempionatına təyinat almış hakim Fəhəd əl-Mirdasini ömürlük diskvalifikasiya edib.

"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, səbəb əl-Mirdasinin danışılmış oyunlarda iştirakıdır.

Daha əvvəl o, mayın 12-də keçirilmiş Kral Kubokunun final matçının hakimliyindən kənarlaşdırılıb. Bildirilir ki, referi mayın 11-də finalçı klublardan birinin rəsmi şəxsi ilə əlaqə quraraq, qələbəyə köməyi qarşılığında pul mükafatı tələb edib. Hazırda 33 yaşlı baş hakim həbsdədir.

Fəhəd əl-Mirdasi 2017-ci il Konfederasiyalar Kubokunda, o cümlədən Meksika və Portuqaliya yığmaları arasında keçirilmiş 3-cü yer uğrunda görüşdə çalışıb.

Dünya çempionatı 14 iyun - 15 iyul tarixlərində Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi