“Düdelanj”ın qapıçısı: “Qarabağ”la matçda hamımız nəticə barədə düşünürük”

“Düdelanj”ın qapıçısı: “Qarabağ”la matçda hamımız nəticə barədə düşünürük” “Hamımız nəticə barədə düşünürük. Bunu arzulamaq istəyirik”.
Futbol
2 Oktyabr , 2019 10:05
“Düdelanj”ın qapıçısı: “Qarabağ”la matçda hamımız nəticə barədə düşünürük”

“Hamımız nəticə barədə düşünürük. Bunu arzulamaq istəyirik”.

“Report” xəbər verir ki, bunu “Le Quotidien” portalına müsahibəsində Lüksemburqun “Düdelanj” komandasının qapıçısı Conatan Juber evdə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur matçı barədə danışarkən deyib.

“Düdelanj” ölkə çempionatının sonuncu turunda səfərdə “Rosport”u 7:0 hesabı ilə məğlub etsə də, 40 yaşlı qolkiperin fikrincə, bunlar tam fərqli yanaşma tələb edən oyunlardır: “Bu iki görüş arasında ümumi heç nə yxodur. Ancaq “Rosport”u məğlub etdiyimiz üçün bu gün özümüzü çox yaxşı hiss edirik”.

Juber I turda APOEL-i səfərdə 4:3 hesabı ilə məğlub etdikləri matçda 40 yaş 7 günlüyündə meydana çıxmaqla, turnirin tarixində 40-dan yuxarı yaşda buna nail olan 11-ci futbolçu olub. Turnirin rekordu 2013/2014 mövsümündə Moldova “Şerif”i ilə qarşılaşmada İngiltərə təmsilçisi “Tottenhem”in qapısını qorumuş Bred Fridelə məxsusdur – 42 yaş 173 gün.

Qeyd edək ki, oktyabrın 3-də Lümsemburqdakı “Jozi Bartel” stadionunda təşkil olunacaq “Düdelanj” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi