"Düdelanj"ın baş məşqçisi "Qarabağ"la oyunda komandasına telefon və ya ratsiya ilə təlimat verəcək

"Düdelanj"ın baş məşqçisi "Qarabağ"la oyunda komandasına telefon və ya ratsiya ilə təlimat verəcək Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda “Qarabağ”ın qonağı olacaq Lüksemburq “Düdelanj”ının baş məşqçisi Bertran Krasson komandaya göstərişlərini telefon və ya ratsiya ilə verəcək.
Futbol
12 Dekabr , 2019 10:56
Düdelanjın baş məşqçisi Qarabağla oyunda komandasına telefon və ya ratsiya ilə təlimat verəcək

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda “Qarabağ”ın qonağı olacaq Lüksemburq “Düdelanj”ının baş məşqçisi Bertran Krasson komandaya göstərişlərini telefon və ya ratsiya ilə verəcək.

“Report”un “Luxemburger Wort” portalına istinadən verdiyi məlumata görə, buna səbəb 48 yaşlı belçikalı mütəxəssisin sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşməsidir. Bu üzdən tribunada yer alacaq Bertran “Düdelanj”ı meydanda çıxaracaq köməkçisi Lexit Zeqdana təlimatlarını telefon və ya ratsiya ilə çatdıracaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:55-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi