Yuxarı

"Düdelanj"ın baş məşqçisi: "Qarabağ"ı keçməyimiz çətin olacaq"

Dino Topmöller:Mərhələ keçə bilməsək, rəqibi təbrik edəcəyik

Bakı. 12 iyul. REPORT.AZ/ "Gözlədiyimiz kimi çətin oyun oldu. İlk 15 dəqiqə ərzində "Qarabağ" bizi təzyiq altında saxladı. İkinci hissədə yaxşı oynadıq. Həvəskarların peşəkarlara qarşı oynadığını nəzərə alsaq, heç də pis təsir bağışlamadıq". 

"Report"un məlumatına görə, bunu Lüksemburq "Düdelanj"ının baş məşqçisi Dino Topmöller Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları ilk oyundan sonra deyib. 

36 yaşlı mütəxəssis bildirib ki, futbolda pul hər şeyi həll etmir: "Rəqibə maliyyə vəziyyətinin yüksəkliyi baxımından uduzduq. Komandalar arasında fərqi nəzərə alsaq, evdə rəqibi məğlub etmək çətin olacaq. Amma başımız dikdir. İkinci hissədə Miçel və Riçard Almeydanın qarşısını almağa çalışdıq. Düşünürəm ki, buna nail ola bildik". 

Topmöller futbolda hər nəticənin mümkünlüyünü, amma cavab görüşündə növbəti mərhələyə yüksələ biləcəkləri nəticəni əldə etmələrinin çətin olacağını da vurğulayıb: "Mərhələ keçə bilməsək, rəqibi təbrik edəcəyik. Hesab rəqibi qane etdiyindən, "Qarabağ" ikinci hissədə çox da hücuma atılmadı. Amma ağıllı oynamağa, qol vurmağa çalışırdı".

Gənc mütəxəssis oyundan sonra futbolçularla uzun müddət söhbət edərkən, onlara nə dediyini açıqlamaq istəməyib: "Bu, komandadaxili məsələdir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi