Yuxarı

"Düdelanj"ın baş məşqçisi: "Nəticəyə görə təəssüflənirik"

​"Düdelanj"ın baş məşqçisi: "Nəticəyə görə təəssüflənirik"

"Nəticəyə görə çox təəssüflənirik. Oyundan isə razıyam. Üstünlüyümüz görünürdü".

"Report" xəbər verir ki, bunu Lüksemburqun "Düdelanj" komandasının baş məşqçisi Bertran Krasson UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda "Qarabağ"la 1:1 hesablı bərabərlikdən sonra deyib.

48 yaşlı mütəxəssisin sözlərinə görə, əsas vaxtda əlavə olunmuş dəqiqədə qol buraxdıqları üçün üzülürlər: "Qarabağ" kimi komandaya qarşı bu cür oynadığımız üçün fəxr edirik. Lakin rəqibin 90+1-ci dəqiqədə, üstəlik, 1 nəfər azlıqda oynadığı halda hesabı bərabərləşdirməyi bizi məyus edir. Oyunçularımdan razıyam. Hər biri üzərinə düşən öhdəliyi yerinə yetirdi. Komandada irəliləyiş görürəm. Böyük potensial var"

Cəzalı olduğu üçün oyunu tribunadan izləyən Krasson köməkçisi ilə telefon vasitəsi ilə əlaqə saxladığını bildirib: "Oyunun nəticəsinin heç bir önəmi olmasa da, hər bir matç yeni macəra və təcrübədir. Bu oyunda bir çox futbolçular özlərini göstərdi. Bəziləri gözləmədiyim performans sərgilədilər. Kollektiv şəkildə yaxşı oynadılar".

Baş məşqçi Bakıdakı qonaqpərvərlikdən razı qalıb: "Buradakı şəraitdən, insanlardan çox məmnun olduq. Bura bir də gəlmək istəyərdim".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi