DSK-da mini futbol turnirinə start verilib

DSK-da mini futbol turnirinə start verilib Qaliblər xal prinsipi əsasında müəyyən olunacaq və onlar kubok, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaq
Futbol
25 Aprel , 2016 17:39
DSK-da mini futbol turnirinə start verilib

Bakı. 25 aprel. REPORT.AZ/ Bu gün Dövlət Statistika Komitəsi Gənclər və İdman Nümayəndəliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan “Heydər Əliyev-93” adlı mini futbol üzrə ənənəvi idman turnirinə start verilib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Bakı Tennis Akademiyasının Mini Futbol meydançasında keçirilən turnirdə Komitənin Mərkəzi Aparatı, Bakı Statistika İdarəsi və tabe rayon qurumlarını təmsil edən 4 komanda mübarizə aparacaq. Bir həftə davam edəcək oyunların qalibləri xal prinsipi əsasında müəyyən olunacaq və onlar kubok, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Son xəbərlər

Orphus sistemi