Yuxarı

Dodo: "Vurduğum qolun elə də önəmi yoxdur"

Yaxşı olardı ki, xal qazandırardım. O anda qolun anlamı olardı

Bakı. 23 oktyabr. REPORT.AZ/ "Qəbələ"nin kapitanı Dodo Almaniyanın "Borussiya" (Dortmund) komandasına 1:3 hesabı ilə uduzduqları Avropa Liqasının III tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

"Report" həmin müsahibəni təqdim edir:

Oyun barədə nə deyə bilərsiniz?

- Hər şeydən əvvəl "Borussiya"nın gücündən danışmalıyam. Rəqib Almaniyanın yox, dünyanın ən güclü komandalarından biri idi. İlk yarı ilə müqayisədə ikinci hissədə zəif oynamağımızın səbəbinə gəldikdə, təbii ki, belə komandalara qarşı oynamaq qat-qat çətindir. Əks-hücumlara çıxmağa çalışırdıq. İrəlidə oduğumuz vaxt topu özümüzdə saxlaya bilmədikdə geri qayıtmalı və bu zaman çoxlu fiziki güc sərf etməli olurduq.

Ələ düşən imkanların heç olmasa birindən yararlana bilsəydiniz, sizcə, nəticə belə ola bilərdi?

- Əlbəttə, tam fərqli olardı. Oyunun əvvəllərində yaratdığımız imkanların birini qola çevirsəydik, həm psixoloji üstünlük tərəfimizdə olacaqdı, həm də rahat oynayacaqdıq. Əlbəttə, nəticə fərqli ola bilərdi. Şansları qaçırdıq, amma əvəzini çıxa bilmədik. Rəqib qollar vuraraq, qələbəyə nail oldu.

Qarşıdakı turlarda itirdiyiniz xalların əvəzini çıxa biləcəksiniz?

Hələ 3 oyunumuz var. Xallar qazanaraq, ardıcıl 2 məğlubiyyətin yerini doldura bilərik.

Amma təsəlli qolu da olsa, vura bildiniz...

- Əlbəttə, qol vurmaq hər bir futbolçu üçün xoş haldır. Buna sevinirəm. Amma bu qolun komandama heç-heçə və ya qələbə gətirmədiyi üçün elə də önəmi yoxdur. Yaxşı olardı ki, xal qazandırardım. O anda qolun anlamı olardı.

Pyer-Emerik Obameyanq bu dərəcədəmi qarşısıalınmaz futbolçu idi?

- Biz gənc komandayıq. Obameyanqın qarşısını ala da bilərik. Sadəcə, bu, zamanın, təcrübənin işidir. Nəzərə alın ki, "Qəbələ" ilk dəfə qrupda oynayır. Səhvlər buraxmağımız normaldır. Futbol da kollektiv oyundur, komandaların heyəti bərabər sayda futbolçudan ibarət olur. Kimisə fərqləndirmək olmaz.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi