"Qəbələ"nin kapitanı: "Titul uğrunda mübarizə aparmalıyıq"

"Qəbələ"nin kapitanı: "Titul uğrunda mübarizə aparmalıyıq" Dodo: "Qrup mərhələsinə vəsiqə qazanaraq, tarix yazdıq"
Futbol
27 Yanvar , 2016 10:48
Qəbələnin kapitanı: Titul uğrunda mübarizə aparmalıyıq

Bakı. 27 yanvar. REPORT.AZ/ "Hazırda Azərbaycan Premyer Liqasının lideri "Qarabağ"dan 10 xal geri qalırıq. Lakin qarşıda çempionatın çoxlu oyunu var". "Report"un məlumatına görə, bunu Braziliya mətbuatına açıqlamasında "Qəbələ"nin futbolçusu Luis Hilario Dodo deyib.

Kapitan mövsümün ikinci yarısı ərəfəsində qalan oyunlara köklənməli olduqlarını bildirib: "Özümüzü toparlamağı bacarmalı və titul uğrunda mübarizə aparmalıyıq".

29 yaşlı yarımmüdafiəçi hələlik komandanın işlərinin qaydasında getdiyini vurğulayıb: "Biz Avropa Liqasında böyük iş gördük. Qrup mərhələsinə vəsiqə qazanaraq, tarix yazdıq. Bu nailiyyəti yenidən təkrarlamalı və mövsümü titulla başa vurmalıyıq". 

Qeyd edək ki, "Qəbələ" növbəti matçını yanvarın 30-da Gəncədə "Kəpəz"ə qarşı keçirəcək. 

Son xəbərlər

Orphus sistemi