Dodo: "Cavab görüşündə daha yaxşı nəticə əldə etməyə çalışacağıq"

Dodo: "Cavab görüşündə daha yaxşı nəticə əldə etməyə çalışacağıq" Kapitan PAOK-la oyundan danışıb
Futbol
18 Sentyabr , 2015 10:17
Dodo: Cavab görüşündə daha yaxşı nəticə əldə etməyə çalışacağıq

Bakı. 18 sentyabr. REPORT.AZ/ "Bu futboldur. Bəzən oynamadan qalib gəlmək olar, bəzən isə nə qədər çalışsan da qol vura bilmirsən". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Qəbələ"nin futbolçusu Dodo deyib.

Avropa Liqasının qrup mərhələsində Yunanıstan PAOK-u ilə oyunu dəyərləndirən braziliyalı futbolçu qələbə üçün çalışdıqlarını söyləyib. O, bildirib ki, komanda ümumilikdə yaxşı çıxış edib.

28 yaşlı yarımmüdafiəçi icarə əsasında "Qəbələ"də çıxış edən PAOK-un futbolçusu Fakunda Pereyra haqda da danışıb: "Çox yaxşı futbolçudur və onunla bir-birimizi başa düşürük. İki həftədir komandaya gəlib, amma uyğunlaşması yaxşıdır. Bir müddət keçdikdən sonra daha yaxşı olacaq".

Dodo noyabrın 26-da Yunanıstanda keçiriləcək cavab görüşündə daha yaxşı nəticə əldə etməyə çalışacaqlarını deyib.

Qeyd edək ki, "Qəbələ" - PAOK oyunu qolsuz bərabərliklə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi