Dodo: "Biz titul istəyirik"

Dodo: "Biz titul istəyirik" "Qəbələ"nin kapitanı Braziliya mətbuatına danışıb
Futbol
29 Dekabr , 2015 11:58
Dodo: Biz titul istəyirik

Bakı. 29 dekabr. REPORT.AZ/ "Mən xəyallarla yaşayıram, xüsusən də Avropa Liqasındakı çıxışımızdan sonra. "Qəbələ" qrup mərhələsində çıxış edəndə bütün oyunçular həmin səhnədə yer aldı". "Report"un məlumatına görə, bunu "Qəbələ"nin braziliyalı futbolçusu Dodo öz ölkəsinin mətbuatına açıqlamasında deyib.

Kapitan Avropa Liqasının qrup mərhələsində komandasına kömək etməyə çalışdığını bildirib. 29 yaşlı yarımmüdafiəçi "Qəbələ"nin Azərbaycan Premyer Liqasındakı çıxışı barədə də danışıb: "Məqsədimiz ölkə çempionatında liderliyi ələ keçirməkdir. Düzdür, birinci pillədən çox da geri deyilik. Hələ mübarizə davam edir və hər şey ola bilər. Biz titul istəyirik. Amma indi ailəmlə birgə dincəlməyi və daha sonra Azərbaycana qayıtmağı düşünürəm".

Qeyd edək ki, "Qəbələ" Azərbaycan Premyer Liqasında ilk 2 dövrədən sonra 28 xalla 4-cü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi