Yuxarı

"Dnepr" klubunun futbolçusu: Diqqətimizi "Qarabağ”la oyuna yönəltmişik

Yevgeni Şaxov deyib ki, Dinamo”ya uduzmaq pisdir, ancaq böyük hesabla uduzmaq çox pisdir

Ukraynanın "Dnepr" klubunun futbolçusu Yevgeni Şaxov Avropa Liqasında Azərbaycanın "Qarabağ" komandası ilə keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. "Report"un məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan mətbuat konfransında daha çox komandasının son oyunlardakı çıxışına toxunub. 


"Axırıncı matçlarda nədənsə, oyunumuz alınmır. Düzdür, "Dinamo”ya uduzmaq pisdir, ancaq böyük hesabla uduzmaq çox pisdir. Hazırda isə diqqətimizi "Qarabağ”la oyuna yönəltmişik” deyə Şaxov bildirib.

Qeyd edək ki, noyabrın 6-da Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Dnepr” qarşılaşması saat 21:00-da başlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi