Ukrayna "Dnepr"inin bombardiri "Qəbələ" klubuna dəvət edilib

Ukrayna "Dnepr"inin bombardiri "Qəbələ" klubuna dəvət edilib Yevgeni Seleznyovu şəxsən Roman Qriqorçuk komandasına çağırıb
Futbol
27 Oktyabr , 2015 10:59
Ukrayna Dneprinin bombardiri Qəbələ klubuna dəvət edilib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Ukraynanın "Dnepr" futbol komandasının bombardiri Yevgeni Seleznyov "Qəbələ" klubuna keçə bilər. "Report"un "Sportanalytic" nəşrinə istinadən verdiyi məlumata görə, Dneprepetrovsk təmsilçisinin liderinə şəxsən Azərbaycan komandasının baş məşqçisi Roman Qriqorçuk dəvət göndərib.

30 yaşlı hücumçunun hazırkı müqaviləsi 2016-cı ilin yayında başa çatır. Yeni anlaşma istiqamətində "Dnepr"lə futbolçu arasında danışıqlar aparılmır. Bu isə Seleznyova yanvarda istənilən klubla ilkin müqavilə bağlamaq imkanı verir. Karyerasını davam etdirmək üçün onun daha statuslu variantlarının olduğu bildirilir. Luis Adrianonun İtaliya "Milan"ına keçidindən sonra hücum xəttində problem yaşayan "Şaxtyor" da geri qaytara bilər. Türkiyənin "Fənərbağça" və "Trabzonspor", Yunanıstanın "Olimpiakos" və Rusiyanın "Krasnodar" klubları da təcrübəli forvarda maraq göstərir.

Qeyd edək ki, bu mövsüm Yevgeni Seleznyov Ukrayna çempionatında və Avropa Liqasında üst-üstə 12 qol vurub. 

Son xəbərlər

Orphus sistemi