Yuxarı
    Bağlamaq

    ​Dmitri Kramarenkonun yeni iş yeri müəyyənləşib

    O, iyunun 1-dən fəaliyyətə başlayacaq

    Bakı. 13 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının sabiq qapıçısı Dmitri Kramarenkonun yeni iş yeri müəyyənləşib. "Report"un əldə etdiyi məlumata görə, D.Kramarenko "Neftçi" klubunda çalışacaq.

    41 yaşlı mütəxəssis flaqmanın qapıçılarla iş üzrə məşqçisi kimi fəaliyyət göstərəcək. O, yeni vəzifədə Pavel Doroşevsi əvəzləyəcək. İyunun 1-də latviyalı məşqçinin klubla müqavilə müddəti başa çatdıqdan sonra sabiq qapıçı vəzifəsinin icrasına başlayacaq.

    D.Kramarenkonun özü "Report"a açıqlamasında xəbəri nə təsdiq, nə də təkzib edib. O, "Neftçi"dən hələ rəsmi təklif almadığını bildirib. Keçmiş qapıçı hazırda atası Sergey Kramarenkonun adına qapıçılar məktəbi açmaq istədiyini və bu məqsədlə sabah AFFA-nın baş katibi Elxan Məmmədovla görüşəcəyini söyləyib. 

    Qeyd edək ki, Dmitri Kramarenko karyerası ərzində Azərbaycanda "Neftçi", "Karvan", "Xəzər Lənkəran", "İnter", "Simurq" klublarının qapısını qoruyub. Məşqçi kimi isə onun son iş yeri "Qəbələ" olub. Roman Qriqorçukun baş məşqçi təyinatından sonra D.Kramarenkonun "qırmızı-qaralar"la yolları ayrılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi