​Dmitri Kramarenko Azərbaycanda məktəb açacaq

​Dmitri Kramarenko Azərbaycanda məktəb açacaq Hazırda Moskvada olan Kramarenko fevralın axırında Azərbaycana gələcək
Futbol
16 Fevral , 2015 12:53
​Dmitri Kramarenko Azərbaycanda məktəb açacaq

Bakı. 16 fevral. REPORT.AZ/ Futbol üzrə "Qəbələ" klubunun qapıçılar üzrə sabiq məşqçisi Dmitri Kramarenko Azərbaycanda hazırlıq məktəbi açmaq istəyir. D.Kramarenko "Report"a bildirib ki, bu barədə AFFA ilə danışıq aparacaq.

Hazırda Moskvada olan D.Kramarenko fevralın axırında Azərbaycana gələcək. Atası Sergey Kramarenkonun adına qapıçılar üçün hazırlıq məktəbi açmaq istəyən 41 yaşlı mütəxəssis Bakıya gəldiyində futbol federasiyası ilə bununla bağlı söhbət edəcək.

Qeyd edək ki, futbolçu karyerası ərzində "Neftçi", "Dinamo", "Alaniya", ÇSKA, "Karvan", "Terek", "Xəzər Lənkəran", "İnter", "Simurq" klublarının qapısını qoruyan Dmitri Kramarenkonun məşqçi kimi sonuncu iş yeri "Qəbələ" olub. Yeni baş məşqçi Roman Qriqorçukun gəlişindən sonra o, komandadan ayrılıb.

Son xəbərlər

Orphus sistemi