Diplomatlar və azərbaycanlı qadın futbolçular bərabərlik naminə yoldaşlıq oyunu keçirib

Diplomatlar və azərbaycanlı qadın futbolçular bərabərlik naminə yoldaşlıq oyunu keçirib Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycanda akkreditə olunmuş bir sıra diplomatik missiyaların 20 nümayəndəsi və Azərbaycanın futbol üzrə 19 yaşadək qızlardan ibarət milli komandasının 10 üzvünün iştirakı ilə ölkədə gender bərabərliyini dəstəkləmək üçün yoldaşlıq oyunu keçirilib.
Futbol
14 Aprel , 2018 16:12
Diplomatlar və azərbaycanlı qadın futbolçular bərabərlik naminə yoldaşlıq oyunu keçirib

Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycanda akkreditə olunmuş bir sıra diplomatik missiyaların 20 nümayəndəsi və Azərbaycanın futbol üzrə 19 yaşadək qızlardan ibarət milli komandasının 10 üzvünün iştirakı ilə ölkədə gender bərabərliyini dəstəkləmək üçün yoldaşlıq oyunu keçirilib. 

BMT-nin Bakıdakı ofisindən "Report"a verilən məlumata görə, tərəflər #bərabərliknaminə həştəqi və Dayanıqlı İnkişaf Məqsədləri yazısı olan futbol köynəklərində çıxış ediblər.

Tədbiri BMT, AFFA, Missiya Rəhbərləri Xanımlarının Təşkilatı (HOMS) və Meksika səfirliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edib.

BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai açılış çıxışında deyib: “İdmanın qadın və qızların səlahiyyətləndirilməsi, onların həyat bacarıqları və yeni imkanlar əldə etməsi işində böyük potensialı var. BMT qızlar və qadınların səlahiyyətləndirilməsi səylərini dəstəkləmək üçün dövlət qurumları və vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığı davam etdirəcək".

Qeyd olunub ki, YUNESKO-nun Bədən Tərbiyəsi və İdman üzrə Beynəlxalq Nizamnaməsinin birinci bəndinə əsasən, bədən tərbiyəsi və idman hamının təməl haqqıdır. Tədbirə qoşulan gənc futbolçular meydanda olmaqla, fiziki güc və liderlik qabiliyyətlərini nümayiş etdirirlər, eləcə də peşəkar fəaliyyətləri ilə gender bərabərliyini təşviq edirlər. Bildirilib ki, Azərbaycan dünya şöhrətli qadın atletləri arasında olimpiadalarda güləş üzrə 3 medal qazanmış Mariya Stadnik, stend atıcılığı üzrə iki olimpiya medalı əldə etmiş Zemfira Mehtəhəddinova, güləş üzrə olimpiya mükafatçısı Patimat Abakarova və Avropa çempionatının bürünc, ilk Avropa Oyunlarının isə gümüş mükafatçısı olmuş Fəridə Əzizovanı göstərmək olar.

Son xəbərlər

Orphus sistemi