​"Dinamo" - "Qəbələ" oyunu boş tribunalar önündə keçiriləcək

​"Dinamo" - "Qəbələ" oyunu boş tribunalar önündə keçiriləcək Buna səbəb Boris Payçadze adına stadionda təmir işlərinin aparılmasıdır
Futbol
2 İyul , 2015 02:17
​Dinamo - Qəbələ oyunu boş tribunalar önündə keçiriləcək

Bakı. 2 İyul. REPORT.AZ/ Azərbaycanın "Qəbələ" futbol klubu Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə ilk oyununu boş tribunalar önündə keçirəcək.

"Report"un məlumatına görə, buna səbəb Boris Payçadze adına stadionda təmir işlərinə başlanılmasıdır.

Avqustun 11-də bu arenada UEFA Super Kubokunun "Barselona" - "Sevilya" (Hər ikisi İspaniya) qarşılaşması keçiriləcək. Həmin oyunla əlaqədar stadionun oturacaqlarının böyük hissəsinin yenilənməsinə başlanılıb. Hazırda boş olan həmin sektorlara sabah azarkeş buraxılmayacaq.

Stadion əməkdaşı bildirib ki, hazırda "Dinamo" - "Qəbələ" matçını cəmi 8 min tamaşaçının izləməsi üçün şərait var.

Qeyd edək ki, Boris Payçadze adına stadion 55 min 549 tamaşaçı tutumuna malikdir.

Son xəbərlər

Orphus sistemi