"Differdanj"ın baş məşqçisi: "İndi "Zirə" barədə nəsə demək çətindir"

"Differdanj"ın baş məşqçisi: "İndi "Zirə" barədə nəsə demək çətindir" Paskal Karzaniqa: "Sabahkı matçdan sonra rəqibi daha yaxşı təhlil etmək imkanımız olacaq"
Futbol
28 İyun , 2017 22:37
Differdanjın baş məşqçisi: İndi Zirə barədə nəsə demək çətindir

Bakı. 28 iyun. REPORT.AZ/ "Sabahkı matçdan sonra rəqibi daha yaxşı təhlil etmək imkanımız olacaq. İndi rəqib barədə nəsə demək çətindir”.

"Report"un məlumatına görə, bunu “Differdanj”ın baş məşqçisi Paskal Karzaniqa futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsi çətçivəsində "Zirə" ilə ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında söyləyib.

P.Karzaniqa komandanın 3 üzvünün Azərbaycana gəlmək üçün işdən icazə almasına toxunarkən bildirib ki, yalnız bir oyunçu "Zirə" ilə matçda iştirak etməyəcək: "Onun da Bakıya gəlməməsi başqa səbəblə bağlıdır".

O, Bakıdakı isti hava şəraitindən narahat olmadıqlarını da söyləyib: "Hazırda Lüksemburq da çox istidir. 15 gündür ki, çox yüksək temperatur müşahidə olunur".

Qeyd edək ki, iyunun 29-da "Dalğa Arena"da keçiriləcək "Zirə" - "Differdanj" matçı saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi