Yuxarı

Dieqo Simeone: “Roma”-“Qarabağ” matçına baxmağın mənası yoxdur”

Dieqo Simeone: “Roma”-“Qarabağ” matçına baxmağın mənası yoxdur”
“Roma” Qarabağa qalib gəlsə, qrupdan çıxmaq münasibəti ilə onları və “Çelsi”ni təbrik edəcəyik
© Report/ Firi Salim

Bakı. 5 dekabr. REPORT.AZ/ “Hər şey bizdən asılı olmasa da, qalib gəlməyə borcluyuq. Yüksək səviyyədə çıxış edən yaxşı komanda ilə üz-üzə gələcəyik”.

“Report” xəbər verir ki, bunu İspaniyanın “Atletiko” komandasının baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup mərhələsinin VI turunda İngiltərədə “Çelsi”yə qarşı keçirəcəkləri matçdan öncə söyləyib.

Argentinalı mütəxəssis qarşılaşmadan əvvəl təşkil edilən mətbuat konfransında deyib ki, 1/8 finala yüksəlmələri “Qarabağ”dan asılı olsa da, öz oyunlarına köklənəcəklər: “Çelsi” “Metropolitano”da əla oynadı və 2:1 hesabı ilə qalib gəldi. Qarşıdakı görüşdə öz planımızı reallaşdıracağımıza ümid edirəm. “Roma” – “Qarabağ” matçına baxmağın və ya radiodan qulaq asmağın mənası yoxdur. “Roma” qalib gəlsə, qrupdan çıxmaq münasibəti ilə onları və “Çelsi”ni təbrik edəcəyik”.

Qeyd edək ki, “Atletiko”nun 1/8 finala çıxması həm də “Qarabağ”dan asılıdır. Madridlilər “Çelsi”yə qalib gəlib, Ağdam komandasının İtaliyada “Roma”ya uduzmamasına ümid etməlidirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi