Yuxarı

Dieqo Simeone: “Futbolçulara “Qarabağ”ı xatırlatmalı olduğumu düşünmürəm”

Dieqo Simeone: “Futbolçulara “Qarabağ”ı xatırlatmalı olduğumu düşünmürəm”

Bakı. 3 oktyabr. REPORT.AZ/ “Çempionlar Liqasında asan rəqib olmur. Futbolçularımız oyun zamanı onlara yalan demədiyimi görəcəklər. Bizim yaxşı oyunçularımız ola bilər, lakin rəqib komanda da özünə inanır”.

“Report” xəbər verir ki, bunu İspaniyanın “Atletiko” komandasının baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin II turunda Belçika “Brügge”si ilə evdə keçirəcəkləri oyundan əvvəl mətbuat konfansında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, futbolçularına ötən mövsüm “Qarabağ”la görüşlərdə xal itkisinə yol verdiklərini xatırlatmağa gərək yoxdur. Argentinalı baş məşqçi İspaniya La Liqasının IV turunda evdə “Eybar”la 1:1 hesablı heç-heçə etdikləri oyundan nəticə çıxardıqlarını vurğulayıb: “Futbolçulara “Qarabağ”la qarşılaşmalarımızı xatırlatmalı olduğumu düşünmürəm. Onlar rəqibin də yaxşı oynadığını bilirlər. “Eybar”la oyundan bəri komandada irəliləyiş var. “Monako” ilə görüşdə də bunu gördük. Biz əvvəlki kursumuzu davam etdirməliyik. İdeal oyunumuzu tapmaq üçün müdafiə və hücumda komanda şəklində çıxış etməliyik”.

Qeyd edək ki, ötən mövsüm ÇL-də “Qarabağ”la eyni qrupda yer almış “Atletiko” hər iki matçda Azərbaycan çempionunu məğlub edə bilməyib – 0:0, 1:1. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi