Dieqo Maradona Venesuela yığmasının təklifini rədd edib

Dieqo Maradona Venesuela yığmasının təklifini rədd edib Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Maradona Venesuela yığmasının təklifini rədd edib.
Futbol
25 Yanvar , 2020 10:08
Dieqo Maradona Venesuela yığmasının təklifini rədd edib

Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Maradona Venesuela yığmasının təklifini rədd edib.

"Report"un məlumatına görə, hazırda ölkəsinin "Ximnasiya və Esqrima" komandasına rəhbərlik edən 60 yaşlı mütəxəssis bu barədə Fox kanalına açıqlamasında bildirib.

Maradona hazırkı komandasında işini davam etdirmək üçün bu qərarı verdiyini vurğulayıb. O, "Ximnasiya və Esqrima"ya söz verdiyini və onları tərk edə bilməyəcəyini söyləyib.

Qeyd edək ki, Dieqo Maradona 2019-cu ilin sentyabrında "Ximnasiya və Esqrima"ya baş məşqçi təyin olunub. 

Son xəbərlər

Orphus sistemi