Dieqo Maradona əməliyyat olunub

Dieqo Maradona əməliyyat olunub Əfsanəvi hücumçu bu barədə “facebook” profilində yazıb
Futbol
13 Noyabr , 2017 11:47
Dieqo Maradona əməliyyat olunub

Bakı. 13 noyabr. REPORT.AZ/ Argentina millisinin sabiq futbolçusu Dieqo Maradona əməliyyat olunub. 

“Report”un məlumatına görə, əfsanəvi hücumçu bu barədə “facebook” profilində yazıb.

Sol çiyninə cərrahi müdaxilənin ehtiyac duyulduğunu qeyd edən 57 yaşlı veteran bildirib ki, əməliyyat 1,5 saat çəkib və uğurlu olub: “Bunu çoxdan etməli idim, lakin hər dəfə təxirə salırdım. Əməliyyat saatyarım sürdü və xoşbəxtlikdən, uğurlu oldu. Hamınızı öpürəm”.

Qeyd edək ki, Dieqo Maradona hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Fucayra” komandasının baş məşqçisidir.

Son xəbərlər

Orphus sistemi