Bakı. 3 iyul. REPORT.AZ/ Argentina milli komandasının sabiq futbolçusu və keçmiş baş məşqçisi Dieqo Maradona ölkənin milli komandasına başçılıq etməyə hazırdır.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, əfsanəvi hücumçu yığmada pulsuz işləmək istədiyini bildirib. O deyib: "Mən milli komandaya qayıtsam, bunu pulsuz edərəm. Qarşılığında heç bir şey istəməyəcəyəm. DÇ-2018-də çox güclü Braziliya yığması gördüm. Titenin işi xoşuma gəlir".
Qeyd edək ki, Dieqo Maradona 2008-2010-cu illərdə Argentina yığmasına rəhbərlik edib. O, 2010-cu il Cənubi Afrikadakı mundialdakı uğursuz çıxışa görə, milli komandadan ayırılıb. Argentina millisi DÇ-2018-in 1/8 final mərhələsində Fransaya 3:4 hesabı ilə məğlub olub.