Yuxarı

​Didye Droqba futbolçu karyerasını bitirməyə hazırlaşır

O, məşqçi kimi fəaliyyət göstərməyi düşünür

Bakı. 2 yanvar. REPORT.AZ/ "Çelsi" klubunun futbolçusu Didye Droqba futbolçu karyerasını bitirməyə hazırlaşır. "Report"un məlumatına görə, o, cari mövsümü başa vurduqdan sonra futbolçu kimi yaşıl meydanlarla vidalaşacaq.

36 yaşlı hücumçu qərarını qarşıdakı həftələrdə açıqlayacaq. "Zadəganlar"ın heyətində gələcəyə ümidsiz baxan Droqba futbolçu karyerasını bitirdikdən sonra məşqçi kimi fəaliyyət göstərməyi də düşünür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi