Yuxarı

Dibala ictimaiyyətin diqqətini Amazon meşələrindəki yanğınlara yönəldib

​Dibala ictimaiyyətinin diqqətini Amazon meşələrindəki yanğınlara yönə

İtaliyanın "Yuventus" klubunun argentinalı forvardı Paulo Dibala Amazon meşələrində tüğyan edən yanğınlardan narahatçılığını ifadə edib.

“Report” xəbər verir ki, o, bu barədə öz "İnstagram" səhifəsində yazıb.

"Amazoniya yanır. Amazoniya təkcə Cənubi Amerika deyil, o, hamımıza aiddir. Onun meşələri Yerin ciyərləridir, planetimizə 20% oksigen verir. Amazoniya bütün dünyanın meşəsidir və hazırda bizim gələcəyimiz yanır. Amazoniya bütün bunlara layiq deyil, Yer bütün bunlara layiq deyil. Siz bir şey etməlisiniz", - deyə Dibala insan ciyərlərinin əks olunduğu foto paylaşaraq, altından bunları yazıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi