Yuxarı

​Di Natale A Seriyasının bombardirlər siyahısında Roberto Baconu geridə qoyub

Onun hesabında 206, Bacoda isə 205 qol var

Bakı. 3 may. REPORT.AZ/ İtaliyanın "Udineze" klubunun hücumçusu Antonio Di Natale A Seriyasının ən yaxşı bombardirləri siyahısında əfsanəvi Roberto Baconu geridə qoyub.

"Report" xəbər verir ki, 37 yaşlı forvard İtaliya çempionatının 34-cü turu çərçivəsində "Verona"ya qarşı oyunda komandasının qələbə topunu vurub.

Görüş 1:0 hesabı ilə başa çatıb.

İtaliya çempionatı. 34-cü tur

"Verona" - "Udineze" — 0:1

Qol: Di Natale, 62.

Bu, Di Natalenin A Seriyasında vurduğu 206-cı qol olub. Beləliklə, o, turnir tarixində vurduğu qollara görə 205 dəfə fərqlənən Baconu qabaqlayıb və siyahıda altıncı yerə yüksəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi