Devid Bekhemin klubu MLS-ə qəbul edilib

Devid Bekhemin klubu MLS-ə qəbul edilib Sabiq futbolçunun Mayamidə yaratdığı komanda liqada 23-cü olacaq
Futbol
30 Yanvar , 2018 05:34
Devid Bekhemin klubu MLS-ə qəbul edilib

Bakı. 30 yanvar. REPORT.AZ/ Əsas Futbol Liqası (Major League Soccer - MLS) İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem tərəfindən yaradılan klubun öz heyətinə qəbul olunduğunu elan edib.

“Report” xəbər verir ki, klubun bazası Mayamidə yerləşəcək.

"Bizim Mayamidə MLS klubu yaratmaq missiyamız indi başa çatdı. Biz razıyıq, minnətdarıq və həyəcanlıyıq. Biz Mayamidə azarkeşlərin öz klubları ilə fəxr etməsi üçün onlar qarşısında üzərimizə öhdəlik götürürük, stadion sizin gəlmək istədiyiniz yer olacaq", - deyə Bekhem bildirib.

Bekhemin klubu liqada 23-cü olacaq. Turnirdə ABŞ və Kanadanın komandaları çıxış edir.

Son xəbərlər

Orphus sistemi