Yuxarı

Devid Bekhem yeni yaratdığı futbol klubunun adını açıqlayıb

Devid Bekhem yeni yaratdığı futbol klubunun adını açıqlayıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ İngiltərə millisinin sabiq oyunçusu Devid Bekhem yaratdığı yeni futbol klubunun adını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə ingiltərəli məşhur futbolçu şəxsi "İnstagram" hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, yeni klubunun adı "İnter Mayami"dir: "Dörd il əvvəl biz bu futbol klubunu yaratmağı arzuladıq və hər şeyin əsasını qoyduq. Artıq bu gün bizim klubumuzun rəsmi loqosu var və futbol klubumuzun adı "İnter Mayami"dir"

Qeyd edək ki, "İnter Mayami" klubu ABŞ və Kanadanın ən yüksək liqası sayılan MLS-də mübarizə aparacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi