"Deportivo" baş məşqçisi ilə yollarını ayırıb

"Deportivo" baş məşqçisi ilə yollarını ayırıb Komandanın La Liqada qələbəsiz oyunlarının sayı 7-yə çatıb
Futbol
4 Fevral , 2018 14:29
Deportivo baş məşqçisi ilə yollarını ayırıb

Bakı. 4 fevral. REPORT.AZ/ Kristobal Parralo "Deportivo"nun baş məşqçisi postundan istefaya göndərilib.

“Report”un xəbərinə görə, klubun rəsmi saytında bildirilir ki, 50 yaşlı mütəxəssisin vəzifəsindən kənarlaşdırılması ilə bağlı qərarı Direktorlar Şurası qəbul edib.

Kristobal Parralo "Deportivo"ya 24 oktyabr 2017-ci il tarixindən rəhbərlik edir. O, bu postda Pepe Meli əvəz edib.

Komandanın La Liqada qələbəsiz oyunlar seriyası 7 matça çatıb. Klub son turda səfərdə "Real Sosyedad"a 0:5 hesabı ilə məğlub olub.

"Deportivo" hazırda turnir cədvəlində 22 matçdan sonra təhlükəli zonadadır (18-ci yer).

Son xəbərlər

Orphus sistemi