Yuxarı

Dənizkənarı Milli Parkda uşaqlar üçün futbol üzrə master-klass keçiriləcək

Dənizkənarı Milli Parkda uşaqlar üçün futbol üzrə master-klass keçiriləcək

Bakı. 11 iyun. REPORT.AZ/ İyunun 12-də Dənizkənarı Milli Parkda uşaqlar üçün futbol üzrə master-klass keçiriləcək.

"Report"un AFFA-nın saytına istinadən verdiyi məlumata görə, tədbir IDEA İctimai Birliyi, BMT-nin Azərbaycan nümayəndəliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Tədbirin məqsədi gənclərin mənəvi və fiziki baxımdan sağlam yetişdirilməsi, sağlam həyat tərzinin təşviqi, gənclərin asudə vaxtlarının düzgün və səmərəli təşkili, həmçinin BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı maarifləndirilmənin artırılması və ölkəmizdə aparılan idman siyasətinə dəstək olmaqdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi