Yuxarı

Dəniz Yılmazın oynadığı Türkiyə klubunun baş məşqçisi istefaya göndərilib

Bu barədə qərar Adanaspora məğlubiyyətdən sonra verilib

Bakı. 22 yanvar. REPORT.AZ/ Türkiyənin "Bursaspor" futbol komandasının baş məşqçisi Həmzə Həmzəoğlu istefaya göndərilib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qərar ölkə Super Liqasının XVIII turunda "timsahlar"ın evdə "Adanaspor"a 0:1 hesabı ilə uduzduğu oyundan sonra verilib.

Komandada 17 dekabr 2015-ci il tarixindən çalışan 47 yaşlı mütəxəssisə xidmətlərindən dolayı minnətdarlıq edən rəhbərlik ona gələcək karyerasında uğurlar arzulayıb. Bu istefadan cəmi iki gün öncə "Bursaspor"un prezidenti Ali Ay "Həmzəoğlu ilə davam qərarı verdim. Onun arxasındayam" demişdi.

"Bursaspor"da Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz çıxış edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi