Yuxarı

Argentina yığmasının sabiq futbolçusu evindən oğruları qovub

Bakı. 20 fevral. REPORT.AZ/ Argentina milli komandasının sabiq futbolçusu Martin Demiçelis İspaniyadakı evindən oğruları qovub. 

"Report"un "The Sun"a istinadən verdiyi məlumata görə, insident gecə vaxtı baş verib. Həmin vaxt mənzildə 38 yaşlı sabiq müdafiəçi xanımı və 3 uşağı ilə birgə olub. Demiçelis təsadüfən ayılıb və birinci mərtəbəyə enməyi qərara alıb. Bu vaxt futbolçu başlıqlı geyimdə olan 4 naməlum şəxs görüb. O, oğruları qovsa da, mənzildən bahalı zinət əşyalarının aparılmasının qarşısını ala bilməyib. 

Demiçelis Argentinanın "River Pleyt", Almaniyanın "Bavariya", İspaniyanın "Malaqa" və İngiltərənin "Mançester Siti" klublarındakı çıxışları ilə tanınır. "Şəhərlilər"lə vidalaşdıqdan sonra o, İspaniyada məskunlaşıb və əvvəlcə "Espanyol"un, sonra isə ikinci dəfə "Malaqa"nın formasını geyinib. Cənubi amerikalı oyunçu 2017-ci ildə karyerasını başa vurub. 

Demiçelis 2005 - 2016-cı illərdə çıxış etdiyi Argentina yığmasında DÇ-2014-ün gümüş mükafatçısı olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi