Dekabrın 10-u Ümümdünya futbol günü kimi qeyd olunur

Dekabrın 10-u Ümümdünya futbol günü kimi qeyd olunur Azərbaycanda bu idman növünün 107 yaşı var
Futbol
10 Dekabr , 2018 12:54
Dekabrın 10-u Ümümdünya futbol günü kimi qeyd olunur

Bakı. 10 dekabr. REPORT.AZ/ Dekabrın 10-u Ümümdünya futbol günü kimi qeyd olunur.

"Report" xəbər verir ki, əlamətdar gün Birləşmiş Millətlər Təşkilatının qərarına əsasən təsis edilib. Qərar planetin ən populyar idman növü olan futbola hörmət əlaməti kimi qəbul olunub.

Futbolun tarixi bir neçə minilliyə malikdir. Ayaqlarla top oynamaq eramızdan əvvəl II miniliyə aiddir. Müasir futbola ən yaxın olan versiyanı isə çinli döyüşçülər formada qalmaq üçün oynayıblar. Bu isə Çsu Çyu adlandırılıb.

Bu oyun XIX əsrin ikinci yarısında İngiltərədə yaranıb. 1847-ci ildə futbolun ilk qaydaları da elə bu ölkədə qəbul olunub. Həmin vaxta qədər hər komanda öz qaydalarını diktə edir, bu isə çoxsaylı problemlərə gətirib çıxarırdı. 1863-cü ildə müzakirələrdən sonra İngiltərə Futbol Federasiyasının bir sıra qaydaları qəbul edilib. Eyni zamanda qapının və meydanın ölçüsü təyin olunub.

Futbol hazırda yalnız bir oyun deyil, böyük bir idman işidir. İstedadlı idmançılar bu idman növündə böyük məvaciblər alırlar.

Azərbaycanda isə futbol 1911-ci ildə yaranıb. 2011-ci ildə ölkədə futbolun 100 illiyi qeyd olunub.   

Son xəbərlər

Orphus sistemi