Yuxarı
    Bağlamaq

    DÇ-nin seçmə mərhələsi: Portuqaliya asan, Fransa əzmkar qələbə qazanıb - VİDEO

    Kriştianu Ronaldu millidə ilk dəfə olaraq dörd qol vuub

    Bakı. 8 oktyabr. REPORT.AZ/ 2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsinin II turunun oyunları davam edir.

    "Report" xəbər verir ki, ikinci oyun günündə "A", "B" və "H" qruplarında yer alan yığma komandalar mübarizə aparıb.

    Son Avropa çempionatının finalçıları olan Portuqaliya və Fransa yığmaları ev oyunlarında qalib gəlsələr də, matçları fərqli alınıb. Belə ki, fransızlar penaltidən erkən qol buraxdıqları Bolqarıstanla matçda dönüş edərək əzmkar qələbə qazana biliblər. Portuqaliya isə autsayder Andorranın qapısına 6 cavabsız qol vurub ki, bunlardan 4-ü poker edən kapitan Kriştianu Ronaldunun payına düşüb. O, millidə ilk dəfə olaraq pokerə imza atıb. Andorra millisinin 2 futbolçusunun qırmızı vərəqə alması da diqqət çəkən məqam olub.

    Ümumilikdə keçirilən 9 oyunun hamısında qol vurulub. Əsas sensasiya kimi Latviyanın evdə Farer adalarına uduzmadığını göstərmək olar. Digər Baltikyanı təmsilçi Estoniya da özündən zəif rəqibi - Cəbəllütariqi qəbul etsə də, darmadağınla qalib gəlib.

    Dünya çempionatı, seçmə qrup mərhələsi, II tur

    A qrupu

    22:45. Fransa - Bolqarıstan - 4:1

    Qollar: Kevin Qameyro, 23, 65 Dimitri Payet, 26, Antuan Qrizmann, 38 - Mihail Aleksandrov, 5-pen

    Sen-Deni. "Stad-de-Frans" stadionu

    22:45. Luksemburq - İsveç - 0:1

    Qol: Mikael Lustiq, 58

    Qırmızı vərəqə: Kevin Malqet, 82 (Lüksemburq, ikinci sarı)

    Luksemburq. "Jozi Bartel" stadionu

    22:45. Hollandiya - Belarus - 4:1

    Qollar: Kvinsi Promes, 15, 35, Devi Klaassen, 56, Vinsent Yanssen, 71 - Aleksey Rios, 48

    Rotterdam. "De Keyp" stadionu

    Qrupda vəziyyət: Hollandiya - 4. Fransa - 4. İsveç - 4. Bolqarıstan - 3. Belarus - 1. Luksemburq - 0.

    B qrupu

    22:45. Portuqaliya - Andorra - 6:0

    Qollar: Kriştianu Ronaldu, 2, 4, 47, 68 Joao Kanselo, 44, Andre Silva, 86

    Qırmızı vərəqələr: Jordi Rubio 62, (ikinci sarı), Mark Rebes, 71 (birbaşa, hər ikisi Andorra)

    Aveyru. "Munitsipal de Aveyru" stadionu

    22:45. Macarıstan - İsveçrə - 2:3

    Qollar: Adam Szalai, 53, 72 - Haris Seferoviç, 51, Rikardo Rodriges, 68, Valentin Stoker, 90

    Budapeşt. "Qroupama Arena"

    22:45. Latviya - Farer adaları - 0:2

    Qollar: Sonni Raqnar Hattestad, 19, Joan Edmundsson, 70

    Riqa. "Skonto" stadionu

    Qrupda vəziyyət: İsveçrə - 6. Farer adaları - 4. Portuqaliya - 3. Latviya - 3. Macarıstan - 1. Andorra - 0.

    H qrupu

    22:45. Belçika - Bosniya və Herseqovina - 4:0

    Qollar: Emir Spahiç, 26, Eden Azar, 29, Tobi Alderveyreld, 60, Romelu Lukaku, 79

    Brüssel. "Rua Boduen" stadionu

    22:45. Yunanıstan - Kipr - 2:0

    Qollar: Konstantinos Mitroğlu, 12, Petros Mantalos, 43

    Pirey. "Georgios Karaiskakis" stadionu

    22:45. Estoniya - Cəbəllütariq - 4:0

    Qollar: Mattias Kayt, 47, 70, Konstantin Vasilyev, 52, Sergey Mosnikov, 88

    Tallin. "Le Kok Arena"

    Qrupda vəziyyət: Belçika - 6. Yunanıstan - 6. Bosniya və Herseqovina - 3. Estoniya - 3. Kipr - 0. Cəbəllütariq - 0.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi