Yuxarı

​DÇ-2022 ilə bağlı yeni təklif irəli sürülüb

Qurum mundialın 5 may - 4 iyun tarixində keçirilmə təklifini irəli sürüb

Bakı. 17 dekabr. REPORT.AZ/ Avropa Klublar Assosiasiyası (ECA) 2022-ci ildə Qətərdə keçiriləcək Dünya çempionatı ilə bağlı öz təklifini edib. "Report"un İtaliyanın "La Gazzetta Dello Sport" nəşrinə istinadən məlumatına görə, qurum mundialın 5 may - 4 iyun tarixində keçirilmə təklifini irəli sürüb.

UEFA prezidenti Mişel Platini turnirin noyabr, FİFA prezidenti Sepp Blatter isə fevralda keçirilməsini təklif edib. Məsələ ilə bağlı yekun qərarın 2015-ci ildə qəbul olunacağı bildirilir.

ECA oyunların saat 18:00-dan tez olmamasını istəyir. Buna səbəb Qətərdə havaların isti keçməsidir. Assosiasiya qarşılaşmaların saat 18:00 - 23:00 aralığında keçirilməsini təklif edib. Onların hesablamalarına görə, bu saatlarda orta temperatur 29.4 dərəcə olur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi