Yuxarı

DÇ-2018: Tunis yığmasının Panama ilə görüşdə ehtiyat qapıçısı hücumçu olacaq

DÇ-2018: Tunis yığmasının Panama ilə görüşdə ehtiyat qapıçısı hücumçu olacaq

Bakı. 28 iyun. REPORT.AZ/ Tunis milli komandası futbol üzrə dünya çempionatında Panama yığması ilə keçirəcəyi qrup mərhələsinin son tur matçında sifariş ərizəsinə cəmi 1 qapıçı daxil edəcək. 

"Report"un məlumatına görə, Muez Hassen və Faruk ben-Mustafanın zədəli olması səbəbindən Afrika təmsilçisi yalnız Aymen Maslusinin ümidinə qalıb. Hassen İngiltərə yığması ilə ilk tur matçında çiynindən xəsarət alıb. Ben-Mustafa isə məşq zamanı dizini əzib. 

Tunis Futbol Federasiyası əlavə qapıçı sifariş etmək istəsə də, FİFA qaydaları əsas gətirərək rədd cavabı verib. Ali futbol qurumundan bildirilib ki, sifariş ərizəsində dəyişikliyi ilk oyuna bir sutka qalmışadək etmək mümkündür. Panama ilə qarşılaşmada Maslusinin potensial əvəzləyicisi hücumçu Fəxrəddin ben-Yussef olacaq. 

Qeyd edək ki, bu gün Saranskda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Hələ xal qazanmayan Tunis və Panamanın qrupda qalacağı dəqiqləşib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi