Yuxarı

Portuqaliya DÇ-2018-in seçmə mərhələsinə məğlubiyyətlə başlayıb - VİDEO

Avro-2016-nın finalçıları isə Belarusun öhdəsindən gələ bilməyib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bu gün 2018-ci il Dünya çempionatının seçmə mərhələsinin (DÇ-2018) Avropa zonasında ilk turuna yekun vurulub.

"Report"un məlumatına görə, sonuncu gün "A", "B" və "H" qruplarının matçları oynanılıb.

Günün ilk matçı dünən güclü yağış səbəbindən yarımçıq dayandırılan Albaniya - Makedoniya qarşılaşması olub. Matçda təxirə salınan son 14 dəqiqə oynanılıb və albanlar həmin zaman kəsiyində qələbə topunu vura biliblər. "Qarabağ"la "Neftçi"nin müdafiəçiləri Ansi Aqolli və Vançe Şikov komandaların start heyətində meydana çıxaraq bir-birilərinə qarşı rəqib olublar.

Günün əsas sensasiyası Belarusda qeydə alınıb. Meydan sahibləri Avro-2016-nın finalçısı olan Fransadan 1 xal ala biliblər. Avro-2016-nın qalibi Portuqaliya millisi üçün startdakı səfər matçı daha uğursuz alınıb. Belə ki, zədə üzündən kapitanı Kriştianu Ronaldonun xidmətindən yararlana bilməyən Avropa çempionları İsveçrəyə ilk hissədə buraxdıqları 2 qolla uduzublar.

"Qəbələ"nin estoniyalı hücumçusu Sergey Zenyovun şərəfini qoruduğu milli komanda ilk oyununu səfərdə keçirib və darmadağınla üzləşib. Bosniya və Herseqovina estonların qapısına 5 cavabsız qol vurub. Əsas heyətdə meydana daxil olan Zenyov 71-ci dəqiqədə əvəzlənib. "Qarabağ"ın bosniyalı qapıçısı İbrahim Şehiç isə ehtiyatda qalıb.

Günün mərkəzi oyunu sayılan İsveç - Hollandiya matçında qalib müəyyənləşməyib. Ən məhsuldar oyun isə Bolqarıstanda olub. Meydan sahibləri autsayder Lüksemburqla 7 qolun qeydə alındığı qarşılaşmada qələbə topunu uzatma dəqiqələrində vurmağa müvəffəq olublar.

DÇ-2018-in təsnifat mərhələsi

"G" Qrupu

Albaniya - Makedoniya - 2:1

Qollar: Armando Sadiku, 8, Bekim Balay, 89 - Egzijan Alioski, 51

"A" Qrupu

Belarus - Fransa - 0:0

Bolqarıstan - Lüksemburq - 4:3

Qollar: Dimitar Rangelov, 16, Marselinyo, 65, İvelin Popov, 79, Aleksandar Tonyev, 90+2 - Aurelien Yoahim, 60, 62, Florian Bohnert, 90+1

İsveç - Hollandiya - 1:1

Qollar: Markus Berq, 43 - Uesli Sneyder, 67

"B" Qrupu

Andorra - Latviya - 0:1

Qol: Valeri Sabala, 48

Farer adaları - Macarıstan - 0:0

İsveçrə - Portuqaliya - 2:0

Qollar: Breel Embolo, 24, Admir Mehmedi, 30

Qırmızı vərəqə: Qranit Djaka, 90+3 (İsveçrə, ikinci sarı)

"H" qrupu

Bosniya və Herseqovina - Estoniya - 5:0

Qollar: Emir Spahiç, 7, 90+2, Edin Dzeko, 23-pen, Haris Medunyanin, 71, Vedran İbişeviç, 83

Cəbəllütariq - Yunanıstan - 1:4

Qollar: Liam Uolker, 26 Konstantinos Mitroğlu, 10, Skott Viseman, 44-öz qapısına, Konstantinos Fortunis, 45, Vassilios Torosidis, 45+2

Kipr - Belçika - 0:3

Qollar: Romelu Lukaku, 13, 61, Yannik Karrasko, 81

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi