DÇ-2018: "Pley-off" mərhələsinin püşkatma tarixi və yeri açıqlanıb

DÇ-2018: "Pley-off" mərhələsinin püşkatma tarixi və yeri açıqlanıb Cütlərin qalibləri mundiala yollanacaqlar
Futbol
6 Sentyabr , 2017 13:40
DÇ-2018: Pley-off mərhələsinin püşkatma tarixi və yeri açıqlanıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ 2018-ci il dünya çempionatının Avropa zonası üzrə "pley-off" matçlarının püşkatma mərasimi oktyabrın 17-də İsveçrənin Sürix şəhərində keçiriləcək. "Report"un FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, öz qruplarının qalibi olan 9 komanda Rusiyada təşkil olunacaq final mərhələsinə birbaşa vəsiqə qazanacaqlar.

İkinci yeri tutan 9 yığmadan ən yaxşı göstəriciyə malik 8-i isə "pley-off" oyunları üçün 4 cütə bölünəcək. Cütlərin qalibləri də mundiala yollanacaqlar.

Qeyd edək ki, hələlik Avropa zonasından DÇ-2018-ə birbaşa vəsiqəni H qrupunun qalibi Belçika qazanıb. 

Son xəbərlər

Orphus sistemi