DÇ-2018: Meksika yığması növbəti qələbəsini qazanıb - VİDEO

DÇ-2018: Meksika yığması növbəti qələbəsini qazanıb - VİDEO Bakı. 23 iyun. REPORT.AZ/ Rusiyadakı futbol üzrə dünya çempionatında G qrupunun II turuna start verilib.
Futbol
23 İyun , 2018 20:55
DÇ-2018: Meksika yığması növbəti qələbəsini qazanıb - VİDEO

Bakı. 23 iyun. REPORT.AZ/ Rusiyadakı futbol üzrə dünya çempionatında G qrupunun II turuna start verilib.

"Report"un məlumatına görə, Rostovdakı eyniadlı arenada Cənubi Koreya və Meksika yığmaları üz-üzə gəlib. Görüş amerikalıların qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 27-ci dəqiqədə penaltidən Karlos Vela açıb. 66-cı dəqiqədə isə Xavyer Ernandes fərqi artırıb. Koreyalılar təsəlli qolunu uzatma dəqiqələrində vurub. Son Hyu Min uzaqdan zərbə ilə fərqi azaldıb.

Bu qələbə sayəsində xallarını 6-ya çatdıran Meksika 1/4 finala vəsiqəni böyük ölçüdə təmin edib. Bu gün Almaniya İsveçlə görüşdə qələbə qazana bilməsə, amerikalılar bu vəsiqəni rəsmiləşdirəcəklər. Ardıcıl ikinci məğlubiyyətlə üzləşən Cənubi Koreya isə qrupda qalıb.

DÇ-2018

23 iyun

II tur

F qrupu

19:00. Cənubi Koreya - Meksika - 1:2

Qollar: Karlos Vela, 27-penalti ilə. Xavyer Ernandes, 66 - Son Hyu Min, 90+3

Hakimlər: Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Con Pitti (Panama)

Rostov-Don, "Rostov Arena"

Son xəbərlər

Orphus sistemi