Yuxarı

DÇ-2018: Kriştianu Ronaldu kosa saqqalı saxlamasının səbəbini açıqlayıb

DÇ-2018: Kriştianu Ronaldu kosa saqqalı saxlamasının səbəbini açıqlayıb

Bakı. 21 iyun. REPORT.AZ/ Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu dünya çempionatında kosa saqqalı buraxmasının səbəbini açıqlayıb. 

"Report"un məlumatına görə, 33 yaşlı hücumçu bunu İspaniya yığması ilə oyun ərəfəsində etdiyi zarafatın nəticəsi kimi dəyərləndirib. Kapitan saqqalının tarixçəsini belə nəql edib: "Matçdan əvvəl saunada idik. Mən üzümü qırxmağa başladım. Sonra isə komanda yoldaşlarıma dedim ki, İspaniyaya qol vursam, kosa saqqalını mundialın sonunadək saxlayacağam. Bəxtim gətirdi və həm İspaniyaya, həm də Mərakeşə qol vurdum. Ona görə də belə saqqalı dünya çempionatı yekunlaşanadək qırxmayacağam". 

Qeyd edək ki, Kriştianu Ronaldu B qrupunda İspaniya ilə 3:3 hesablı heç-heçə etdikləri görüşdə hər 3 qolun, 1:0 hesablı qələbə qazandıqları qarşılaşmada yeganə topun müəllifi olub. Hazırda o, 4 qolla bombardirlər siyahısına başçılıq edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi